Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:14

Faiq Əmirlinin evə buraxılması istənilir


Faiq Əmirli

AXCP sədrinin köməkçisi, «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin həbsdən ev dustaqlığına buraxılması istənilir. Fevralın 6-da bununla bağlı Nəsimi Rayon Məhkəməsinə vəsatət verilib.

Bu haqda onun vəkillərindən Aqil Layıc xəbər verib.

Vəkil deyib ki, F.Əmirlinin səhhəti hər gün pisləşir. «Onun durumundan prokurorluq da xəbərsiz deyil. Ümid edirəm ki, onu bu dəfə evə buraxacaqlar», - vəkil bildirib.

Bir aya yaxındır F.Əmirlinin səhhətində problemlər yarandığı bildirilir. Ötən həftə onun müalicəsinin səmərə vermədiyi, yemək yeyəndə qaytardığı açıqlanmışdı.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edib.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

F.Əmirlinin həbsindən bir müddət sonra «Azadlıq» qəzetinin çapı da dayanıb.

Türkiyə rəsmiləri Fethullah Gülen-i ötən il iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Onun özü isə bu iddiaları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG