Bu gün—fevralın 6-da Astanada Rusiya, Türkiyə və İran danışıqlarının ikinci mərhələsi başlayır. Tərəflər Suriyada atəşkəsin monitorinqi mexanizmini müzakirə etməlidirlər. Toplantıda BMT və İordaniya təmsilçilərinin də iştirakı gözlənir.
Danışıqların birinci mərhələsi yanvarın 23-24-də keçirilib. Siyasi razılaşma əldə olunmasa da, tərəflər Suriyada atəşkəsə nəzarət mexanizminin –Birgə Əməliyyat Qrupunun yaradılması məsələsində bir araya gəliblər. Qrupa danışıqların bünövrəsini qoyan 3 ölkənin—Rusiya, Türkiyə və İranın ekspertləri daxil olacaq.
Suriyada vətəndaş müharibəsi 6 ildən çoxdur davam edir, bəzi mənbələr bu müharibədə 300 min, bəziləri isə 400 min adamın öldüyünü yazırlar.