Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 06:06

İŞİD-lə əlaqədə şübhəli 400 adam saxlanıb


Türkiyədə həbs.

Türkiyədə «İslam Dövləti»ylə (İŞİD) bağlılıqda şübhəli bilinən 440 adam tutulub. Dövlət agentliklərinin yaydığı məlumatda deyilir ki, polis bütün ölkədə terror əleyhinə genişmiqyaslı əməliyyat keçirib. Ankarada əsasən xarici vətəndaşlardan ibarət 60-a yaxın adamı həbs ediblər. Suriya ilə sərhəddə-Şanlı Urfa vilayətində 150 nəfər tutulub. İstanbul, Qaziantəpə, İzmirdə də həbs edilənlər var. Polis İzmir şəhərində partlayış planladığı güman olunan 9 nəfərin ələ keçirildiyini deyir.

Keçənilki çevriliş cəhdindən və PKK ilə İŞİD-in terror hücumlarından sonra Türkiyə terrorla mübarizəni gücləndirib. Keçən ilin avqustunda Ankara Suriyadakı qiyamçılara yardım və İŞİD-lə mübarizə məqsədilə Suriya ərazisinə qoşun yeridib. Suriyada əməliyyatlarda Türkiyənin niyyəti həm də kürdlərin ərazi iddialarının və möhkəmlənməsinin qarşısını almaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG