Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

Ruqəyya Kəbiri: 'Qaranlığımdan baş qaldırmış Hipatiya'


Şairə Ruqəyya Kəbiri.
Şairə Ruqəyya Kəbiri.

Ruqəyya Kəbiri

Qaranlığımdan baş qaldırmış “ HİPATİYA”*

Ata bəylərin atası

Dinlə!

Almanın şah damarında məhbus olmuş adımı

Sürgün salıram sənin cənnətindən

Saqın!

Möv ağacının damarında

Gilə-gilə axtarma məni

Mən

Tutqun xatirələrin

Künclərinə sarılan bir sarmaşıq

Hörülən duvarların arxasında

Hörümçəyə çevrilən bir qadın

İki əlli-ayaqlı deyil

Bacardıqca

Ayaq borc almışam qırx ayaqlardan

Aşmışam duvarları

Əllərim pusqu qurqb

Ağ kağızlarımın arxasındakı xəyallarıma

Sırğasız qulaqlarım

Qulaqlanmır tanrıların səsinə…

.

Saçımın teli ağarmış

Sazının telində qırıq- qırıq bağırıram

Dəli dümrülün qadını olası deyiləm

Canımı bağışlayamam

Ərlər arxamca gəlməsin

İncə belli

Uca boylu Burla Xatın çağırmayın adımı…

.

Atların belində yataqlanmıram

Köksüm dar gəlir oxların yayına

Döşümü geri almışam Amazon Qadınlarından*…

.

Ata bəylərin atası!

Əlini canımda gəzdirmə

Banu Çiçəyin arxalığı çiçək töküb canımda

Mərhəm axtarıram

Tanrılardan qaçıram

Hər tanrıçadan bir parça

Pazel qururam varlığıma

.

Kipriklərim qıfıllanır

Doluram qaranlığımın cilvəsinə

Özlüyüm itir səssizliyimdə

Ağlımdan, huşumdan uzaqlaşıram

Üsyanımdan, qısqancımdan

Ürəyimi bağlayan bağdan

Düyün- düyün açılıram

.

Özlüyüm

“Şöləsiz bir çıraq

Atəşsiz bir şölə

İstisiz bir atəş”

Xəlsədən ayılıram

Və məndə baş qaldırmış bir “ HİPATİYA”

.

Ata bəylərin atası

İndisə kipriklərimi aç

Gözlərimə bax!

İlan yuva salmayıb qarasında

Qoxla!

Şah damarımda axan

Alma ətri deyil, qadın qanıdir!...

*

Amazon qadınlar: Mifik dünyasının savaşçı qadınları, savaşda yaxşıca ox atmaq üçün bir döşlərin kəsərmişlər.

*

Hipatıya: İskəndəriyə universitəsınin mövhumatdan uzaq, təəsübsüz düşüncəni təbliğ edən alım, filosof, riyaziyyatçı qadın, 415 miladi ilində, Mars ayının birinci günündə, kilisənin mürtəciləri onu dəhşətli vəziyyətdə öldürüb, yandırdılar. Sonralar həmən kilisələr tərəfindən Hipatiya bir müqəddəs elan olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG