Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:10

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniya kansleri Angela Merkel-lə görüşdə ona etirazını bildirib, sözlərini seçərkən ehtiyatlı olmağa çağırıb.

Fevralın 2-də keçirdikləri görüşdən sonra A.Merkel Türkiyəylə Almaniyanın ekstremizmlə, PKK yaraqlılarıyla, eləcə də «islamçı terror»la mübarizədə bundan sonra da əməkdaşlıq etməli olduğunu deyib. Bu yerdə Türkiyə prezidenti üz-gözünü turşudub. Sonra isə kanslerin üzünə baxaraq, «Bu «islamçı terror» ifadəsi biz müsəlmanları çox kədərləndirir. Bu, düzgün ifadə deyil, çünki İslamla terror əlaqələndirilə bilməz. İslam sülh deməkdir, xahiş edirəm, gəlin bu ifadədən istifadə etməyək… Mən müsəlman ölkəsinin prezidenti olaraq bu ifadəni qəbul etmirəm», - deyib.

Müsəlmanların çoxu bu ifadədən narahat olur, ifadənin İslamı terrorla eyniləşdirdiyini, əslində terrorun İslamla əlaqəsi olmadığını deyirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG