Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 03:26

Ermənistan məhkəməsi keçən yay polis məntəqəsini ələ keçirməkdə günahlandıran şəxslər haqda hökmünü çıxarıb. 3 nəfərə, hərəsinə 3 il olmaqla, həbs cəzası verilib. Arsen Mkrtumian, Hagik Mikaelian və Soso Markarian kütləvi iğtişaşların təşkilində və polisə müqavimət göstərməkdə günahlandırılıb.

2016-cı ilin iyulunda «Sasna Tsrer» adlı silahlı qruplaşmanın 30-dan çox üzvü Yerevanın Erebuni rayonunda polis məntəqəsinə hücum etmiş, məntəqəni 2 həftədən çox nəzarətdə saxlamışdı. Onlar prezident Serzh Sarkisian-ın istefasını, həmçinin radikal müxalifətçilərin—«Təsisedici Parlament» hərəkatının lideri Zhirayr Sefilian-ın azadlığa buraxılmasını istəyirdilər.

Z.Sefilian elə keçən il, iyunun 20-də həbs olunub. Hakimiyyət onun və tərəfdarlarının çevrilişə hazırlaşdığını, Yerevandakı dövlət binaları və rabitə obyektlərini tutmaq planı üzərində işlədiyini demişdi.

Polis məntəqəsinin tutulması zamanı pir polis işçisi həlak olmuş, biri yaralanmışdı. Bu hadisədən sonra ölkədə kütləvi aksiyalar keçirildi. Aksiyaçılarla toqquşma zamanı da bir polis işçisi öldü.

Hadisə zamanı «Təsisedici Parlament» hərəkatının onlarla üzvü həbs olunub, indi onların işinə məhkəmələr baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG