Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 18:53

ABŞ İrana yeni sanksiyalara hazırlaşır


İran raketi

ABŞ mətbuatı Ağ evin İrana yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığını yazır. Mətbuatın məlumatına görə, Birləşmiş Ştatlar Tehranı raket sınaqlarına və Yaxın Şərqdəki münaqişələri qızışdırdığına görə cəzalandırmaq niyyətindədir.

Adının çəkilməsini istəməyən rəsmilərin «Reuters», AP və AFP agentliklərinə verdikləri məlumatda deyilir ki, sanksiyalar 20-yə qədər iranlıya, İran şirkətləri və dövlət agentliklərinə qarşı olacaq.

ABŞ prezidenti Donald Trump seçki kampaniyası zamanı İranla bağlı sərt mövqe tutacağını demişdi.

«Reuters» agentliyi yazır ki, Vaşinqton İrana yeni sanksiyalara onsuz da hazırlaşırdı. İranın raket sınaqları prosesi bir az da sürətləndirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG