Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 14:35

Xan qızı Natəvan yad ediləcək


Bakıda Xurşudbanu Natəvanın heykəli

Fevralın 3-də, saat 17:00-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşudbanu Natəvan yad ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, ədəbi-bədii məclis bu qurumun dəstəyi ilə Milli Kitabxana və Beynəlxalq Muğam Mərkəzinin birgə hazırladığı «Sirlər xəzinəsi» layihəsi üzrə keçiriləcək.

Tədbirdə görkəmli alimlər çıxış edəcək, aktyorların ifasında X.Natəvanın şeirləri səsləndiriləcək və tanınmış xanəndələr onun qəzəllərinə muğam oxuyacaqlar.

Xurşudbanu Natəvan (1832-1897) Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir.

Sarayda «Dürrü-yekta»tək inci, xalq arasında «Xan qızı» deyə çağırılıb.

O, həm gözəl qəzəllər yazıb, həm də poetik duyğularını rəsmlərə töküb.

2012-ci ildə-180 illik yubileyində onun rəsm əsərlərinin toplandığı «Gül dəftəri» adlı əlyazması nəşr olunub.

XS
SM
MD
LG