Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:56

Neft Fondu valyuta hərracı ilə bağlı açıqlama yayıb


Dövlət Neft Fondu

Bu ilin yanvarında Dövlət Neft Fondu (DNF) valyuta hərraclarında 285 milyon ABŞ dolları satıb. Bu barədə məlumat Fonddan yayılıb.

Yanvar ayında DNF-nin də iştirakı ilə 9 valyuta hərracı keçirilib. Hər hərracda fond ortalama 31 milyon dollar satıb.

2016-cı ildə keçirilən hərraclarda bəzən tələb 600 milyon dolları belə keçirdi.

Sonuncu dəfə Azərbaycan Mərkəzi Bankında valyuta hərracı yanvarın 31-də keçirilib. Fondun da iştirakı ilə keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1.92 səviyyəsində formalaşıb.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub. Ondan Fondda 2016-cı ilin sonunda 33 milyard dollar ehtiyatın qaldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG