Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 15:51

ABŞ İrana rəsmi xəbərdarlıq edib


Michael Flynn

ABŞ raket sınaqlarına görə İrana rəsmi xəbərdarlıq edib. Birləşmiş Ştatların milli təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn deyib ki, xəbərdarlığa səbəb Tehranın stabilliyin pozulmasına yönəlmiş fəaliyyətidir. M.Flynn «rəsmi xəbərdarlıq» dedikdə, nəyi nəzərdə tutduqlarını açıqlamayıb.

Bu günlərdə İran nüvə başlıqları daşımağa qadir olan uzaqmənzilli ballistik raketlərini sınaqdan keçirib. ABŞ İranın sınaqlarının BMT qətnamələrinə --İranın nüvə sistemlərini inkişaf etdirməsini qadağan edən qətnamələrə zidd olduğunu deyir. ABŞ-ın BMT-dəki səfiri Nikki Haley belə sınaqların yolverilməz olduğunu söyləyib.

Tehran isə sınaqların heç bir sənədə zidd olmadığını bildirir. İranın müdafiə naziri Hossein Dehghan dünən-fevralın 1-də deyib ki, sınaqlar İranın müdafiə siyasətinə uyğun olaraq gerçəkləşdirilir, onlara kimsə qarışa bilməz.

Məsələ BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə edilib. Şura qurumun baş katibindən və İran məsələləri üzrə komitədən sınaqlarla bağlı hesabat istəyib.

ABŞ prezidenti Donald Trump hələ seçki kampaniyası zamanı Barack Obama-dan fərqli olaraq, İrana qarşı sərt mövqe tutacağını söyləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG