Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Rusiyanın Federasiya Şurası "Türk axını” layihəsini ratifikasiya elədi


Foto arxiv

Rusiyanın Federasiya Şurası fevralın 1-də Türk axını” layihəsi ilə bağlı Ankara ilə imzalanmış razılaşmanı ratifikasiya edib.

Federasiya şurasının sədr müavini İlyas Umaxanov bunun Rusiya-Türkiyə münasibətlərinin tam formatda bərpası üçün vacib siqnal olduğunu bildirib.

Bu razılaşma 2016-cı il iktyabrın 10-da İstanbulda imzalanıb.

Razılaşmaya əsasən layihəni Rusiya tərəfdən “Qazprom”, Türkiyə tərəfdən isə “Botaş” şirkəti gerçəkləşdirəcək.

Qara dənizin dibindən keçəcək bu qaz kəməri iki xəttən ibarət olacaq.

Kəmərlərin ümumi illik tutumu 31,5 milyard kub.m-dir.

Layihə 2019-cu il dekabrın 30-dək istifadəyə verilməlidir.

Kəmıərin dənizdən keçən hissəsi 920 km, qurudan keçən hissəsi isə təxminən 200 km-dir.

Qeyd edək ki, bir çox iqtisadi ekspertlər bunu Azərbaycanın gerçəkləşdirmək istədiyi TANAP və TAP layihələrinə alternativ, rəqib hesab edirlər.

Bu layihələrlə Azərbaycan qazının Türkiyəyə, ordan isə Avropaya çıxarılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG