Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 02:56

BMT Suriya danışıqlarını təxirə saldı


Staffan de Mistura

BMT-nin Suriyada sülhlə bağlı danışıqları 2 həftəliyinə təxirə salınıb.

Təşkilatın Suriya üzrə elçisi Staffan de Mistura deyib ki, toplantının vaxtını uzatmaqda məqsəd tərəflərə bir-birinə güzəştə getmək, qiyamçılara aralarında razılığa gəlməkdən ötrü vaxt verməkdir. S.Mistura bildirib ki, müxalifət bir araya gəlməsə, o özü müxalifəti «formalaşdırmağa» çalışacaq.

Cenevrədə Suriyayla bağlı danışıqlar fevralın əvvəlində davam etməliydi. BMT rəsmisi danışıqların fevralın 20-ə təyin olunduğunu deyib.

XS
SM
MD
LG