Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:56

Ekspertlər Lech Valesanın təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyini deyirlər


Lech Walesa

Keçmiş Polşa prezidenti Lex Valensanın (Lech Walesa) 1970-ci illərdə təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməsi barədə yeni sübutlar aşkar edildiyi bildirilir.

Reutersin yanvarın 31-də yaydığı məlumata görə, bunu ekspertlər deyir.

Məlumata görə, dövlətlə bağlı olan “Milli yaddaş institutu” nun apardığı ekspertizanın nəticələri Valensanın təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyini göstərir.

İnstitutun əməkdaşı Anjey Pozorski mətbuat konfransında ekspertizanın şübhə doğurmadığını deyib.

Onun sözlərinə görə, 1970-ci il dekabrın 21-də təhlükəsizlik xidməti ilə əməkdaşlıq barədə öhtəliyi və informasiyaya görə pul almaq barədə mədaxil sənədlərini Valensanın özü imzalayıb.

Ekspertlərin sözlərinə görə ötən il keçmiş polşa rəhbəri general Voytsex Yaruzelskinin yaxın müttəfiqi olan mərhum keçmiş daxili işlər naziri genral Çeslav Kişakın evindən tapılan sənədlərə heç bir müdaxilə və ya düzəliş edilməyib.

Sənədlərə görə Valensa 1970-1976-cı illərdə “Bolek” ləqəbi altında agent olub.

Amma Lex Valensa təhlükəsizlik xidməti ilə heç vaxt əməkdaşlıq etmədiyini təkid edir.

Sübutların doğru olmadığını deyən Valensanın vəkilləri də ekspertlərin sorğu-sual edilməsini istəyiblər.

Qeyd edək ki, Polşa Məhkəməsi 2000-ci ildə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Valensa 1990-1995-ci ildə Polşa prezidenti olub. O, Polşada kommunist rejiminə qarşı mübarizə aparan əsas siyasi xadimlərdən biridir və 1983-cü ildə Nobel sülh mükafatına layiq görülüb.Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG