Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 08:24

Ermənistanın müdafiə naziri İrandadır


Vigen Sargsyan

Ermənistanın müdafiə naziri Vigen Sargsyan rəhbərlik etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdədir.

Bu barədə yanvarın 31-də AzadlıqRadiosunun Ermənistan xidməti, ölkənin daxili işlər nazirliyinə istinadla məlumat yayıb.

Müdafiə nazirliyinin məlumatına görə, Vigen Sargsyan səfər zamanı iranlı həmkarı Hüseyn Dehqanla görüşəcək.

Danışıqlar zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perespektivləri, regional və beynəlxalq təhlükəsizlik problemləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Vigen Sargsyan səfər çərçivəsində bir sıra İran rəsmiləri ilə görüşü, elmi-tədqiqat və sənaye müəssisələrinə baş çəkəcəyi gözlənilir.

Ermənistanlı nazir Tehranda İrandakı erməni icmasının nümayəndələrilə də görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG