Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:27

Bu gün, yanvarın 31-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.92 səviyyəsində formalaşıb.

Yanvarın 27-i, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.9165 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.

Bu həftədən valyuta hərracı 3 dəfə deyil, yenidən 2 dəfə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG