Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 03:48

"Tikanlıqda şərqi deyənlər" çıxdı


Colin Maccalau-nun məşhur əsəri "Tikanlıqda şərqi deyənlər" azərbaycanca çıxdı.

Qanun Nəşrlər Evində yeni kitab satışa göndərilib. Bu Kolin Makkalounun “Tikanlıqda şərqi deyənlər” adlı kitabıdır.

Qadağan olunmuş məhəbbətin

ən gözəl təsviri...

Kolin Makkalou

“TİKANLIQDA ŞƏRQİ DEYƏNLƏR”

Bir quş haqda əfsanədə deyilir... Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…

Tərcümə Aytən Cavanşirə məxsusdur.

XS
SM
MD
LG