Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:24

Kanada hakimiyyəti məsciddə törədilmiş terror aktını kəskin pisləyib


Justin Trudeau

Kanada hakimiyyəti Kvebekdəki islam mərkəzinə edilmiş silahlı hücumu kəskin pisləyib və bunun terror aktı olduğunu bəyan edib.

“Biz müsəlmanların ibadət etdiyi və pənah gətirdiyi mərkəzə edilmiş bu terror aktını kəskin ittiham edirik.

Kanada müsəlmanları bizim milli tərkibimizin vacib hissəsidir və bu ağılsız hərəkətə bizim cəmiyyət və ölkəmizdə yer yoxdur” Kanadanın baş naziri Castin Tryudo (Justin Trudeau) bildirib.

Həmçinin Kvebekin baş naziri Philippe Couillard bu hücumun terror aktı olduğunu bəyan edib.

Bazar günü Kvebekdəki məscidə edilmiş silahlı hücumda 6 nəfər ölüb, 8 nəfərsə xəsarət alıb.

Ölənlərin 35-70 yaş aarasında olduqları bildirilir.

Hücum edənlərin ikisi də yaxalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG