Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:24

İqtisadçı Ziyafət Əsgərova cavab verdi


Qubad İbadoğlu

«Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz».

İqtisadçı Qubad İbadoğlu Azərbaycanın böhrandan çıxması ilə bağlı rəsmi açıqlamalar və parlamentin vitse-spikeri Ziyafət Əsgərovun çıxışını şərh edərkən belə deyib.

İqtisadçı belə sözləri «bitmiş fikir» kimi dəyərləndirib. «Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz. Böhranın çıxış nöqtəsi durumu daha real dəyərləndirməkdən başlayır. Çünki, gerçək vəziyyəti təhrif etmək böhranla mübarizənin effektini aşağı salır», - deyən ekspert bütün rəsmi rəqəmlərin Azərbaycanın geriləmədə olduğunu ifadə etdiyini vurğulayıb.

«Rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu 5.4 faiz azalıb. Milli iqtisadiyyat isə 3.8 faiz kiçilib. Azərbaycan MDB məkanında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub. Həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb. Ötən ilin ilkin məlumatlara görə, dünyada qlobal artım isə orta hesabla 3.2 faiz olub. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üzrə orta hesabla isə bu, 4.1 faiz qeydə alınıb», - iqtisadçı bildirib.

Ziyafət Əsgərov: Azərbaycan böhrandan yan keçdi
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

XATIRLATMA

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yanvarın 27-si Bakıda «İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri» mövzusunda keçirilən konfransdadeyib ki, böhran Azərbaycandan yan keçib

Bir qədər əvvəl isə prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan böhrandan şərəflə çıxıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG