Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:26

Yanvarın 27-si NIDA Vətəndaş Hərəkatının 30 sutka inzibati həbs cəzası alan gənc üzvü Rəhim Vəliyevin apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O deyib ki, şikayəti Bakı Apellyasiya Məhkəməsi rədd edib: «Rəhim Vəliyevin barəsində Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlandı. Apellyasiya şikayəti təmin edilmədi. Onun işgəncəyə məruz qalması ilə bağlı prokurorluğa məlumat verilməsi məsələsinə məhkəmə münasibət bildirmədi, açıq saxladı».
Vəkil deyib ki, baş vermiş qanunsuzluqlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.

XATIRLATMA

R.Vəliyev yanvarın 16-sı saxlanmışdı.

Saxlanmazdan əvvəl onun yaşadığı mənzildə axtarış aparıldığı söylənirdi.
Verilən məlumatlara görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları onun iştirakı olmadan mənzilində axtarış aparıb, gəncin telefonu və noutbuku götürülüb.

R.Vəliyev polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırılıb. Gəncə yanvarın 16-sı məhkəmənin qərarı ilə 30 gün inzibati həbs cəzası verilib.

Gənc fəal yanvarın 20-si vəkili vasitəsilə ictimaiyyətə məktub göndərib. Məktubda Nərimanov rayon Polis İdarəsində təhqirə və işgəncələrlə məruz qaldığını yazıb. Ancaq gəncin açıqlaması ilə bağlı Daxili İşlər Nazirliyi, hələlik, hər hansı münasibət bildirməyib.

Ümumilikdə isə rəsmi qurumlar ölkədə işgəncələrlə bağlı şikayəti, bir qayda olaraq, qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG