Yanvarın 27-də «qara bazar»da dolların bahalaşdığı bildirilir.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.93 manat, satışı isə 1.96 manata qədər yüksəlib.
Ötən gün, yanvarın 26-da «qara bazar»dadolları 1.90 manata alıb, 1.93 manata satıblar.
Xəbərdə qeyd edilir ki, son valyuta hərracında bankların tələbinin qarşılanmaması dolların bahalaşmaqda davam etməsinə səbəb olub.
Bəzi kommersiya banklarında da dolların 1 manat 97 qəpiyə satıldığı qeyd edilir.
Bu gün, yanvarın 27-si rəsmi məzənnəyə görə, bir dollar 1.9064 manata bərabərdir.