Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:28

Rusiya və Türkiyə İŞİD-i birlikdə bombaladı


SU-24

Yanvarın 26-da Rusiya və Türkiyənin hərbi hava qüvvələri Suriyada «İslam Dövləti»nin (İŞİD) mövqelərini bombalayıblar.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyatlar Suriya hökumətiylə razılaşdırılıb. «Rusiya təyyarələri qiyamçıların 3 nəzarət mərkəzini, rabitə postlarını və bir neçə başqa bazanı məhv ediblər»,- nazirliyin məlumatında belə deyilir.

Rusiya, eləcə də İran Suriya hökumətini müdafiə etsə də, Türkiyə indiyə qədər Assad-ı devirməyə çalışan qiyamçıların arxasında olub. Amma İŞİD döyüşçülərinə qarşı türklərlə ruslar birgə əməliyyatlar aparmağa razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG