Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 09:05

Jurnalistika tələbələrinin kütləvi kəsilməsi nəylə bağlıdır? [yenilənib]


BDU.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ikinci kurs tələbələri yanvarın 23-də politologiya fənnindən imtahandan kütləvi kəsiliblər. 26 tələbənin 13-ü kəsilib, yerdə qalanlar qiymət alıblar.

Tələbələrin bir çoxu bunu fakültə dekanının müavini Aytəkin Zeynalovanın tələbələri hədələyən səs yazısının sosial şəbəkələrdə yayılması ilə əlaqələndirir.

Tələblər sosial şəbəkələrdə yazırlar ki, dekan müavininin səs yazısından sonra onları bu yolla cəzalandırırlar.

Buna da bax:​ BDU 'dekan müavini' olayı ilə bağlı açıqlama verəcək

Onların bildirdiyinə görə, imtahandan 14 nəfər kəsilsəydi, imtahan təkrarlanacaqdı. Ancaq kəsilən tələbə sayı 13 olduğundan imtahanın təkrarlanıb-təkrarlanmayacağı bilinmir.

Tələbələr deyirlər ki, politologiya fənnindən imtahan yoxlanışı 2 dəfə təkrarlanıb. Birinci yoxlanışda 4, dekan müavinin səs yazısının yayıldığı gündə keçirilən ikinci yoxlanışda isə 13 nəfər kəsilib.

Tələbələr onu da iddia edir ki, həmin səs yazısının yayılmasının ardınca, onlara qanuni yollarla cəzalandırılacaqları bildirilmişdi.

Buna da bax: Qafqaz Universiteti tələbələrinin taleyi necə olacaq?

Tələbələrin iddiaları ilə bağlı jurnalistika fakültəsi rəhbərliyinin və Aytəkin Zeynalovanın rəyini almaq, hələlik, mümkün olmayıb.

Tələbələr bir neçə gün əvvəl sosial şəbəkələrdə bir səs yazısı paylaşmışdılar. Həmin səsin BDU jurnalistika fakültəsi dekanının müavini Aytəkin Zeynalovaya məxsus olduğu bildirilirdi. Orada tələbələrə deyilirdi ki, sosial şəbəkələrdə dekanlıqda çalışanlar tənqid edildiyi və ya lağa qoyulduqları halda sərt şəkildə cəzalanacaqlar.

BDU təkzib edir

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin ikinci kurs tələbələrinin politologiya fənnindən qəsdən kəsilməsi haqda yayılan xəbərləri təkzib edir. Bu haqda AzadlıqRadiosu-na BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib.

O “Tələbələr niyə qəsdən imtahandan kəsilməlidir ki” deyə sual edib. Mətbuat xidmətinin rəhbəri məlum səs yazısının yayılmasından sonra fəal tələbələrə təzyiq göstərilməsi, onların imtahanda sıxışdırılması haqda deyilənləri də yalanlayıb.

“İmtahanın nəticələri anonim şəkildə yoxlanılır, bu halda tələbə qəsdən necə kəsilə bilər? İmtahana koordinatorlar nəzarət edir. İmtahandan sonra işlər yığılır və yoxlama otağında kodlaşdırılır. Müəllim kimin işini yoxladığını belə bilmir. Bu məsələnin imtahanla bağlanması düzgün deyil və buna təəssüf edirəm”.

Pərvanə İbrahimova hesab edir ki, şikayət varsa tələbə ilk növbədə bununla bağlı dekanlığa və ya başqa qurumlara müraciət etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG