Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:47

AŞPA-dan yeni məruzəçi istənilir


AŞPA

«2013-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında Christoph Strässer-in hazırladığı hesabatın qəbul edilməməsindən ötən 4 il ərzində Azərbaycanda siyasi azadlıqlar və demokratik institutların müdafiəsi ilə bağlı vəziyyət daha da pisləşib».

Bu sözlər Azərbaycan Siyasi Məhbuslar üzrə İşçi Qrupun AŞPA rəhbərliyinə, qurumun insan haqları üzrə komitələrinə göndərdikləri müraciətdə yazılıb.

Sənəddə qeyd edilir ki, ölkədə alternativ düşüncələrinə, müstəqil ictimai və siyasi fəaliyyətinə görə onlarla şəxs təzyiqlərə məruz qalaraq, qondarma ittihamlarla həbs ediliblər: «Hazırda yerli hüquq müdafiəçilərinin apardığı araşdırmalara əsasən, Azərbaycanda 120 nəfərdən artıq siyasi məhbus var».

Müraciətdə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının yerinə yetirilməməsinə diqqət çəkilir. Sənəddə buna nümunə olaraq Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun, hələ də, azadlığa buraxılmaması göstərilir.

Müraciət müəllifləri AŞPA-nın Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı daha geniş və ətraflı monitorinq aparmasına ehtiyac olduğunu vurğulayırlar.

Bundan əlavə, sənəddə AŞPA-nın Azərbaycanın 2014-cü ildə bu qurumda sədrliyi dövründə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətin qiymətləndirilməsindən ötrü təyin etdiyi məruzəçi Alain Destexhe-dən də şikayət yer alır. Müraciətdə qeyd edilir ki, bu şəxs yerli vətəndaş cəmiyyəti təmsilçiləri və hüquq müdafiəçiləri ilə əməkdaşlıqdan yayınır: «Azərbaycana yalnız bir dəfə - Bakıda «Formula 1» yarışlarının açılışı zamanı gəlib. Yalnız ölkə rəsmiləri ilə görüşüb».

Müraciətdə vurğulanır ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı ətraflı və obyektiv araşdırma məqsədilə AŞPA yeni məruzəçi təyin etməlidir. Onun ölkəyə gələ bilməsindən ötrü hüquqi imkanlar yaradılmalıdır.

Multimedia

XS
SM
MD
LG