Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

5 investisiya şirkəti üzvlükdən çıxarıldı


Birja.

Bakı Fond Birjasının (BFB) qərarı ilə «Brokdil-AZ» MMC, «Çelsi Kapital» MMC, «Bob Broker» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC-nin üzvlüyünə xitam verilib.

Bu barədə BFB-dən məlumat verilib. Qərar «Qiymətli kağızlar bazarı haqqında» Qanunla və onların BFB-nin üzvlük qaydalarına uyğun olmamaları ilə izah edilib.

Həmin qurumların 2016-cı ilin yanvarından etibarən üzvlüyü dayandırılmışdı.

Məlumatda qeyd edilir ki, butəşkilatların qanunvericiliyə uyğunlaşmasından ötrü lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması nəzərdən keçiriləcək.
«Brodkil-AZ», «Bob Broker» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.

Hazırda BFB-nin «Kapital Menecment İ.Ş.» ASC, «İnvest-AZ İ.Ş.» QSC, «Az-Finans İ.Ş.» QSC, «Unicapital İ.Ş.» ASC, «Paşa Kapital İ.Ş.» QSC və «PSG-Kapital İ.Ş.» QSC daxil olmaqla, 6 üzvü var.

Günün bütün mövzuları

XS
SM
MD
LG