Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:25

Rövşən Məmmədlinin saxlandığı bildirilir


Jurnalist Rövşən Məmmədli

Mətbuatda müxtəlif yazıları dərc edilən Rövşən Məmmədlinin yanvarın 23-ü saxlandığı deyilir.

Bu barədə “Azadliq.info” saytına onun yaxınları bilgi verib.

Yaxınlarının verdiyi məlumata görə, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılan yazara məhkəmə qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Ancaq, yaxınları qərarın hansı məhkəmədə çıxarıldığını açıqlamayıblar. Onlar gənc yazardan bir gün xəbərsiz olublar.

Buna da bax: Azərbaycan iqtisadiyyatı 10 il geriyə qayıdıb

Rövşən Məmmədlinin hazırda Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında olduğu bildirilir.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax: Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]

Rövşən Məmmədlinin bu günlərdə mətbuatda hazırda həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Hacı Taleh Bağırovun müdafiəsi ilə bağlı yazısı dərc edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG