Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 16:20

Gömrükçülərin maaş əlavəsi artdı


Gömrük Komitəsi Avtonəqliyyat idarəsi

Bundan sonra, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin rütbəli əməkdaşlarının və mülki işçilərinin maaşlarına əlavənin verilməsində istifadə ediləcək.

Prezident İlham Əliyev yanvarın 24-də “Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci il 25 fevral tarixli fərmanına dəyişiklik edib.

Buna da bax:​ Maaşlar 10% artıb, ərzaq isə 100% bahalaşıb

İndiyədək büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi maaş əlavələrinə yönəldilirdi.

Dəyişiklik 2017-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Bu günlər vergi işçilərinin də maaş əlavəsi oxşar şəkildə artırılmışdı.

Buna da bax: Azərbaycan minimum əməkhaqqında regionun ən gerisindədir

İstər gömrük, istərsə də vergi orqanlarında büdcədənkənar inkişaf fondlarının olmasını ekspertlər tənqidlə qarşılayıblar. Onlar bunu həmin sistemdə korrupsiya və şəffaflığın olmaması kimi izah ediblər.

Multimedia

XS
SM
MD
LG