Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 00:00

Spicer:"ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır"


Sean Spicer

Yeni ABŞ hakimiyyəti “İslam dövləti” qrupu ilə mübarizədə Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Bunu Ağ evin yeni sözçüsü Şon Spayser (Sean Spicer) keçirdiyi ilk rəsmi brifinqdə deyib.

“Donald Trump “İslam dövləti” qrupu ilə mübarizədə Rusiya da daxil olmaqla istənilən tərəfdaşla əməkdaşlığa hazırdır” Spicer deyib.

Qeyd edək ki, prezident Donald Trump dəfələrlə “İslam dövləti” qrupu ilə mübarizənin onun administrasiyası qarşısında duran əsas məsələlərdən olduğunu bəyan edib.

Spicer həmçinin qeyd edib ki, Trump administrasiyası “Sakit Okean Tərəfdaşlıq Razılaşması”dan çıxdıqdan sonra Asiya ölkələri ilə ikitərəfli ticarət razılaşmalarının inkişafı üzərində işləyəcək.

Mətbuat katibi onu da bildirib ki, Donald Trump xüsusi xidmətə onun administrasiyası ilə Rusiya arasında mümkün əlaqələr olması ilə bağlı araşdırmaların dayandırılmasını göstəriş verməyib.

XS
SM
MD
LG