Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə dövlət büdcəsinə 17 milyard 501.2 milyon manat vəsait daxil olub.
Büdcədən isə 17 milyard 742.4 milyon manat vəsait xərclənib. Nəticədə büdcənin icrasında 241.2 milyon manatlıq kəsir yaranıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 0.4 faizi səviyyəsində olub.
2016-cı ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 milyon manat proqnozlaşdırılırdı.