Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:00

'Taliban' Trump-ı qoşunlarını Əfqanıstandan çıxarmağa çağırır


Talibançılar

«Taliban» terror təşkilatı ABŞ prezidenti Donald Trump-a açıq məktub göndərib, onu amerikalı əsgərləri Əfqanıstandan çıxarmağa çağırır.

Veb-səhifəsində yayımladığı məktubda «Taliban» bildirir ki, ABŞ son 15 ildə Əfqanıstandakı əməliyyatlara milyardlarla dollar xərcləsə də, heç nəyə nail olmayıb, ortada «bataqlıq»dan başqa bir şey yoxdur.

D.Trump Əfqanıstanla bağlı siyasəti barədə hələ heç nə deməyib, sadəcə, ABŞ qoşunlarının oraya yerləşdirilməsinin doğru addım olduğunu söyləyib, həm də vaxtilə Əfqanıstanda xidmət etmiş iki generala vəzifə verib. Bundan başqa o, islamçı ekstremistlərin kökünü kəsəcəyinə söz verib, eyni zamanda ekstremizmin yayılmasına görə keçmiş ABŞ administrasiyalarını günahlandırıb.

2001-ci ildə ABŞ Əfqanıstana 10 minlərlə əsgər göndərmişdi, bu il Əfqanıstanda NATO-nun tərkibindəfəaliyyət göstərən amerikalıların sayı 8 min 400-dən çox deyil.

«Taliban» xarici qüvvələrin ölkədən çıxmasını dəfələrlə tələb edib, əks halda hökumətlə əməkdaşlıq etməyəcəyini bildirib. Amma NATO döyüş missiyasını başa vurandan-2014-cü ildən bəri «Taliban»ın dövlət idarələrinə hücumları artıb. Hazırda hökumət ölkənin yalnız 2/3-nə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG