Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 12:00

Həbsdəki jurnalisti böhtana görə də mühakimə edəcəklər


Fikrət Fərəməzoğlu

Yanvarın 24-də rüşvət tələb etməyə görə həbsdə olan jurnalist, Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun daha bir ittiham üzrə məhkəməsi başlayır. Jurnalist bu dəfə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova böhtan atmaqda ittiham edilir.

Jurnalistin vəkili Elçin Sadıqovun bildirdiyinə görə, icra başçısının xüsusi ittiham qaydasında şikayətinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxılacaq.

Buna da bax:​ 'Kamera olanda müştərilər restorana gəlməkdən çəkinirlər'

Məhkəmə hazırlıq iclası Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayevin sədrliyi ilə saat 11:00-da başlayacaq. Proses açıq keçiriləcək.

Vəkil xüsusi ittiham qaydasında şikayətin qanuni olmadığını, işə ədalətli baxılarsa ittihamın rədd edilməli olduğunu ifadə edib.

F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Buna da bax: 'Məni aparanda deyirdilər: 'bu, arvadı həbs olunan jurnalistdir?''

İttihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə, 10 il həbs cəzası verilə bilər. Hazırda həmin ittiham üzrə jurnalistin məhkəməsi gedir.

F.Fərəməzoğlu həbsdə olarkən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ona böhtan atdığı iddiası ilə jurnalisti məhkəməyə verib.

Xüsusi ittiham qaydasında verilmiş şikayət Jam.az saytında may ayında yayılmış “Nə gündəsən Amaşov” sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədə Masallı rayon icra başçısının rayona səfər edən Mətbuat Şurasının sədri Əflatun Amaşova rüşvət verdiyi iddia olunur.

Buna da bax:​ Jurnalistin işində vəsatət təmin olunmadı

İcra başçısı şikayətində F.Fərəməzoğlunun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinə əsasən həbs olunmasını tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG