Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:55

Köçkünlərə 36 manatlıq vahid aylıq müavinət veriləcək


Manat.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.

Prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Buna da bax:​ 'Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?'

Hər ay vahid aylıq müavinət veriləcək - 36 manat

Fərmana görə, qeyd olunan ödənişlər əvəzinə hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

Bu qaydanın 2017-ci il 1 yanvar tarixindən şamil olunması nəzərdə tutulur.

Buna da bax: 'Əslində əhalinin 70 faizindən çoxu limiti keçir' [video]

Fərmana əsasən, Nazirlər Kabineti vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib ölkə başçısına bilgi verməlidir.

Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək tapşırığı verilib.

Multimedia

XS
SM
MD
LG