Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:13

İlham Əliyev: 'Ermənistanın çıxış yolu...'


İlham Əliyev.

Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq. Bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir.

Bunu yanvarın 23-də Abşeron rayonunun Pirəşəkkül qəsəbəsindəki yeni hərbi şəhərciyin açılışında prezident İlham Əliyev deyib.

Buna da bax:​ 'Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki biz onu məhv edə bilməyək'

Xəbəri prezidentin rəsmi saytı yayıb.

Prezident bildirib ki, bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər Azərbaycanın müdafiə gücünü artırır: "Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir".

Buna da bax:​ Azərbaycan Pakistandan hansı silahları alacaq?

İlham Əliyev deyib ki, dünyada maliyyə-iqtisadi böhran davam etsə də, Azərbaycan ordunun güclənməsi üçün böyük vəsait ayırır və ayırmaqda davam edəcək.

Prezident sonra söyləyib: "Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıb. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”, - deyə prezident bildirib.

Buna da bax:​ Petrosyan:"İndiki kompramis sülh planını qəbul etməsək daha pis olacaq"

Multimedia

XS
SM
MD
LG