Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 20:26

Roma Papası Trump-ı etikaya riayət etməyə çağırıb


Francis

Roma Papası Francis Avropada populizm təhlükəsindən danışıb.

İspaniyanın «El Pais» qəzetinə müsahibəsində Papa avropalıları populizmdən qaçmağa, 30-cu illərin səhvlərini təkrarlamamağa çağırıb. O, «böhran qorxu yaradır», «böhran olan yerdə sağlam düşüncə, idrak olmur» deyib. Populizmin ən pis nümunəsi kimi 1933-cü ilin Almaniyasını xatırladıb.

Roma Papası həm də ABŞ-ın yeni prezidenti Donald Trump-la bağlı bir neçə söz deyib. O, D.Trump-ı etik dəyərlərə əməl etməyə, yoxsulların və səfillərin qeydinə qalmağa çağırıb. Papa yeni prezident haqda fikir söyləməkdən ötrü hələ onu müşahidə edəcəyini deyib. Öncədən sevinməyin, yaxud qorxmağınağılsızlıq olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG