Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 11:42

Neft hasilatına nəzarət ediləcək


Khalid al-Falih

OPEC və Rusiya neft hasilatına nəzarət üsullarıyla bağlı razılığa gəliblər.

Neft dəyərdən düşdüyündən keçən ilin sonu iri neft istehsalçıları bir araya gələrək, hasilatı azaltmaq qərarına gəldilər. Razılaşmaya Azərbaycan da qoşulub. Amma müqaviləyə əməl olunub-olunmamasıyla bağlı şübhələr qalır.

Neft hasilatına nəzarət komitəsi dünən-yanvarın 22-də Vyanada toplantı keçirib. Səudiyyə Ərəbistanının energetika naziri Khalid al-Falih deyib ki, istehsalçılar hasilatı gündə 1.5 milyon barrel aşağı salıblar, bu da hədəfin 80%-i deməkdir.

Rusiyanın energetika naziri Aleksandr Novak da nəticələrin qənaətbəxş olduğunu söyləyib. Onun sözlərinə görə, razılaşmaya bundan sonra da əməl olunub-olunmadığını yoxlamaqdan ötrü xüsusi nəzarət mexanizmi tətbiq olunacaq. Məsələn, ölkələrin hasilat barədə bilgiləriylə beynəlxalq təşkilatların göstərdiyi rəqəmləri tutuşduracaqlar.

Neft hasilatının azaldılmasıyla bağlı əvvəlki razılaşmalar uğursuzluqla nəticələnmişdi. Amma dekabrın 10-da imzalanan sənəd neftin qiymətini 20% qaldıra bilib.

Razılaşmanı OPEC və OPEC-ə üzv olmayan 24 ölkə imzalayıb.

XS
SM
MD
LG