Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:00

Yağış və qar gözlənilir


Yağış

Yanvarın 21-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının sulu qara, qara keçəcəyi qeyd edilir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG