Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Erməni jurnalistin qətlinin 10 illiyi qeyd olunub


Anım mərasimi

İstanbulda jurnalist Hrant Dink-in qətlinin 10 illiyi münasibətilə tədbir keçirilib, yüzlərlə adam onun işlədiyi «Agos» qəzetinin ofisi qarşısına toplanıb, öldürüldüyü yerə gül dəstələri qoyublar.

Erməni əsilli jurnalist H.Dink türk və erməni icmalarının münasibətlərinin bərpasının tərəfdarlarından biri kimi tanınırdı. Onu 2007-ci il yanvarın 19-da İstanbulda qətlə yetirmişdilər. 17 yaşlı bir millətçi Ogün Samast jurnalisti öldürdüyünü etiraf edəndən sonra ona 23 illik həbs cəzası verildi. Qətlin sifarişçisi hesab edilən millətçi Yasin Hayal isə ömürlük həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG