Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 11:45

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı təxribatda günahlandırır.
Nazirliyin mətbuat xidməti bununla bağlı yanvarın 17-si məlumat yayıb:

«Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini «Şmel» reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur».

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi bu cür əməlləri davam etdirərsə, ona daha ağır zərbələr endiriləcək.

Hazırda dünyanın bir çox ordularının sərəncamında belə odsaçan silahlar var.

Bu silahda yandırıcı qarışıq xüsusi kapsullara yerləşdirilir və qumbaraatanlardan atılır. Bu cür əl qumbaraatan-odsaçanlarına keçmiş SSRİ-də «Şmel» adı verilib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG