Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:10

Qırğızıstanda matəmdir


Təyyarə qəzası.

Bu gün—yanvarın 17-si Qırğızıstanda matəm günü elan edilib. Ölkə dünənki qəzada həlak olanları yad edir.

Dünən Türkiyə təyyarəsi Qırğızıstanın paytaxtına enərkən, paytaxt yaxınlığındakı kəndə düşüb, 20 evi dağıdıb, 37 adam, o cümlədən uşaqlar həlak olublar.

Hadisə yerli vaxtla səhər saat 7:30-da baş verdiyindən kənd sakinlərinin çoxu evində imiş, işə, məktəbə hazırlaşırmışlar.

Kəndə düşən yük təyyarəsinin heyəti-2 pilot və yükdaşıma şirkətinin iki əməkdaşı da həlak olublar.

Hadisənin səbəbi, hələ ki, bəlli deyil.

Qırğızıstan prezidentinin göstərişiylə qəzanın səbəbinin araşdırılması və ölənlərin ailələrinə yardım məqsədilə xüsusi komissiya yaradılıb.

XS
SM
MD
LG