Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:03

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" çıxdı


Azərbaycan ədəbiyyatı Antologiyası.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" (poeziya və nəsr) kitabı işıq üzü görüb.

"525-ci qəzet"in yaydığı görə, ilk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə kimi klassiklərdən üzübəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan irihəcmli, akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Kitabın baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi Nizami Cəfərovdur.

XS
SM
MD
LG