Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Nəcməddin Sadıkov Brüsselə gedib


Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Nəcməddin Sadıkov

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Brüsselə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Brüsseldə NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək " və "Uyarlılıq platforması" formatlarında görüşləri keçirilir.

N.Sadıkov həmin görüşlərə qatılacaq.

Buna da bax:​ 'Azərbaycanın tarixi silahları' kitabı təqdim olunub

Tədbir yanvarın 17-də NATO-nun mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

Xatırlatma

Azərbaycan 1994-cü ildən NATO ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlığın əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

Buna da bax: Azərbaycan 14 ildə 1044 hərbçisini itirib

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG