Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:34

Prezident ətrafındakı korrupsiya qalmaqalı "Samsung"a da gedib çatdı


Seulda etiraz aksiyası
Seulda etiraz aksiyası

Cənubi Koreya prokurorluğunun xüsusi komisiyası “Samsung Group” korporasiyasının de-fakto rəhbəri Li Çje Yenin həbsinə order verib.

O, hakimiyyətdən müvəqqəti uzaqlaşdırılmış prezident Pak Kın He (Park Geun-hye) ətrafındakı korrupsiya qalmaqalı ilə bağlı istintaq fonunda rüşvətxorluqda ittiham olunur.

Bu barədə “Penxal” agentliyi məlumat yayıb.

Şirkətin vitse-prezidentiLi Çje Yen 22 saat ifadə verməli olub.

Məlumata görə, şirkət 2015-ci ildə Almaniyadakı bir şirkətlə 18 milyon dollarlıq müqavilə imzalayıb ki, həmin şirkət korrupsiya qalmaqalında əsas fiqur olan prezidentin yaxın rəfiqəsi Tsoy Sun Silə (Choi Soon-sil) məxsusdur.

Məlumatlara dövlət pensiya fondu prezident administrasiyasının təzyiqi ilə görə bunun əvəzində “Samsung”un iki podratçı şirkətinin birləşməsinə dəstək göstərib.

Pensiya fondunun rəhbəri Mun Xeyn Pxe-yə qarşı da korrupsiya ilə bağlı ittiham irəli sürülüb.

O, hələ bir ay bundan əvvəl həbs olunub.

“Penxal” agentliyinin məlumatına görə,hazırda prezidentin bu məsələ ilə bağlılığı olub-olmaması araşdırılır.

Qeyd edək ki, prezident 2016-cı ilin dekabrında hakimiyyətdən muvəqqəti uzaqlaşdırılıb və onun gələcək taleyi Konstitusiya məhkəməsindən aslıdır.

Məhkəmə bu ilin yayınadək impiçment barədə qərar verməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG