Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 07:38

6 vəzifəli şəxs rüşvət alanda tutulub


Foto illüstrasiya

2016-cı il ərzində keçirilən əməliyyat tədbiri nəticəsində korrupsiyailə bağlı 6 şəxs cinayət başında tutulub.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

K.Əliyev qeyd edib ki, araşdırmalar nəticəsində 32 cinayət işi başlanıb. Axtarışda olan 24 şəxs saxlanıb.

Rəis deyib ki, hesabat dövründə 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Hazırda Baş İdarənin İstintaq İdarəsinin icraatında 116 cinayət işi üzrə istintaqın davam etdiyi bildirilir.

XS
SM
MD
LG