Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 09:08

Adıgey rəhbəri yerini qohumuna verdi


Russia - Kreml (Kremlin)

Rusiyanın Adıgey respublikasının rəhbəri Aslan Txakuşinov səlahiyyətlərinin bitməsinə 1 gün qalmış istefaya gedib.

Kreml onun yerinə dövlət şurasının sədri Murat Kumpilov təyin edib.

Bu Sergei Krienkonun prezident administrasiyası rəhbərinin birinci müavini təyin edilməsindən sonra region rəhbərliyində ilk dəyişiklikdir.

Ekspertlər hesab edir ki, regional hakimiyyətdə “qüsursuzluq” federal mərkəzə respublikada hakimiyyəti eyni komandanın nümayəndəsinə vermək imkanı yaradıb.

Rusiya prezidenti Vladimir Putin bu təyinatın səmərəli olacağını düşünür.

Regional KİV-lər Murat Kumpilovun Aslan Tkakuşinovun qohumu olduğunu yazır.

Hakim “Vahid Rusiya” partiyası da bunu danmır.

Onların ikisi də Krasnoqvardeysk rayonunun Ulyap kəndindəndilər.

Bu il Aslan Txakuşinovun 70 yaşı tamam olur.

Kremil bu dəyişikliyin məhz onun yaşlı olması ilə bağlı olduğunu, amma başqa vəzifədə çalışacağını bildirir.

“Adıgey slavyanları ittifaqı”nın lideri , Maykop şəhər şurasının deputatı Nina Konovalovanın sözlərinəgörə, müxalifət Txakuşinovun getməsi ərəfəsində birləşməyə cəhd göstərsə də kütləvi dəstək ala bilmədi, çünki bu insanlar artıq çoxdandır ki, hakimiyyətdə olan etnik adıgeylərdir, rusdilli əhali isə səpələnib və bir yerli klanın digəri ilə vuruşması ilə maraqlanmır.

Onun sözlərinə görə respublikada sabitlikdir, yerli rəhbərlikdə açıq münaqişlər və uğursuzluqlar yoxdur, buna görə də federal mərkəzin mövcud komandanı saxlaması anlaşılandır, hərcənd milliyətindən aslı olmayaraq kənardan başqasını da gətirmək olardı, başlıca şey onun yerli elita ilə bağlı olmamasıdır.

XS
SM
MD
LG