Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

Ermənistandan Azərbaycan əsgərinin meyitinin qaytarılması tələbinə reaksiya


Ermənistan hakimiyyəti Azərbaycan əsgərinin meyitinin nəyə görə qaytarılmaması ilə bağlı Avropa şurasının baş katibi Yagland Turbornun çağırışına hələ də cavab verməyib.

Parlamrntin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan Azadlıqradiosunun Ermənistan xidmətinə bildirib ki, onlar bu məsələni “vaxtı gələndə” şərh edəcəklər.

Deputat hesab edir ki, Yaglandın bəyanatı balanslı deyil və çağırışlar Azərbaycana yönəlməlidir.

Qeyd edək ki, Yagland, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ardınca Ermənistana Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitini aytarmağa çağırıb.

Çingiz Qurbanov dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində baş verən silahlı toqquşmada həlak olub.

Tərəflər həmin insidentə görə bir-birlərini günahlandırırlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsi artıq 2 həftədən çoxdur ki, meyitin qaytarılması ilə bağlı danışıqlar aparır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG