Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 20:00

DSK : İqtisadiyyatda işləyənlərin sayı artıb


Dövlət Statistika Komitəsi

2016-cı il dekabrın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514.4 min nəfər olub.

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, bu, 2015-ci ilin uyğun dövrü ilə müqayisədə 10 min 400 nəfər çoxdur. Artım, əsasən, dövlət sektorunun (10 min 100 nəfər) hesabına olub.

889.5 min nəfər iqtisadiyyatın dövlət sektorunda, 624.9 min nəfər isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Muzdla işləyənlərin 22.2 faizi təhsil, 19.2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8.8 faizi də əhaliyə səhiyyə və sosial xidmətlərin göstərildiyi sahələrin payına düşür.

Bundan başqa, 7.1 faiz dövlət idarəetməsi, müdafiə; sosial təminat, 6 faizi tikinti, 4.6 faizi nəqliyyat, anbar təsərrüfatı, 3.6 faizi peşə, elmi, texniki fəaliyyət, 3.1 faizi də kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışır. 1.7 faizin maliyyə, sığorta fəaliyyəti, 10.7 faizin isə iqtisadiyyatın digər sahələrində çalışdıqları bildirilir.

2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 7 faiz artıb. Bu, 494.3 manat olub.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Manat dollara nisbətən 2 dəfə dəyər itirib. Ötən il isə 1 dollar 1 manat 55 qəpikdən 1 manat 77 qəpiyə yüksəlib.

Multimedia

XS
SM
MD
LG