Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:28

Donald Trump yazar kimi. O kitablarında nələrdən bəhs edir...


Donald Trump New York şəhərində kitabını təqdim edir.
Donald Trump New York şəhərində kitabını təqdim edir.

ABŞ-ın yeni prezidenti Donald Trump biznesmen və siyasətçi olmaqdan əlavə daha bir gizli tərəfi var. O həm də çoxu bestseller olan 17 kitab müəllifidir.

Çox uzağa getməyək elə Trumpa prezident seçkilərində qələbəni gətirən seçki platformasının çox hissəsi “Great Again! Amerikanı belə xilas edəcəyəm” adlı son kitabında yer almışdı. Kitab 2015-ci ildən başalyaraq bir çox dilə çevrilib, ancaq nədənsə mətbuatın diqqətindən kənarda qalıb. Buna baxmayaraq oxucular tərəfindən maraqla qarşılanıb. Məsəlçün Almaniyada kitab iki dəfə nəşr olunub və hər iki tirajı çapdan az sonra satılıb qurtarıb. Seçkidən əvvəl ABŞ-da sözügedən kitab 200 min ədəd satılıb. İndilərdə isə yəqin ki, bu rəqəm milyonları aşıb. Kitabında Trump Amerikanı fiziki qüsurlu bir adama bənzədir və təkcə ölkə ilə bağlı narahatlığını bildirməklə qalmır, həm də ölkənin gələcəyi ilə bağlı təkliflərini irəli sürür. Bundan öncə yazdığı “Layiq olduğumuz Amerika” və “Amerikanı yenidən bir nömrə etmək zamanı gəldi” kimi kitablarında da bənzər fikirlərini irəli sürən Trump indi artıq yazdıqlarını tətbiq etmək imkanı əldə edib.

Donald Trump 2004-cü ildə 'Necə varlı olmaq' kitabının imza mərasimində.
Donald Trump 2004-cü ildə 'Necə varlı olmaq' kitabının imza mərasimində.

Trumpun ilk kitabı 2000-ci illərdə çapdan çıxıb. Kitabı yazmaqda biznesmenin məqsədi əlbəttə iş adamı kimi özü haqda müsbət rəy yaratmaq idi. Qərbdəki iş adamlarının çoxu bu yola əl atırlar və çalışırlar, necə varlı olmağın yolları, necə daha böyük şirkət qurduqları haqda kitablar yazaraq rəqiblərinə göz dağı, iş ortaqlarına isə məsləhətli investor obrazı yaratsınlar.

Buna da bax: 'Böyümək vaxtıdır, Trump. Bir az böyüyün...'

Beləliklə Turmpun ilk bestseller kitabı “Zirvəyə doğru yol” (2005) məşhur və uğurlu adamların verdiyi və öz sahələrində istifadə etdikləri məsləhətlər toplusudur. Kitabda məsləhətləri yer alan biznesmenlər arasında müəllifin özününkülər də verilib. Ümumiyyətlə sonradan bütün kitablarında olduğu kimi bu kitabında da Trump səmimiliyə xüsusi yer verir. Kitab özünə kariyera qurmağa başlayan geniş oxucu kütləsinə xitab edir.

2007-ci ildə Donald Trump daha bir kitab “Necə varlı olmaq olar”ı yazır. Bu kitabda biznesmen artıq başqalarının deyil öz uğur sirrlərini bölüşür. Müəllif kitabda pulu hara və necə yatırtmaq, rəhbərliyin diqqətini necə çəkmək, əməkdaşları necə stimullaşdırmaq, biznesi uğurla istifadə etmək üçün hansı yollardan istifadə etmək, iş həyatında effektiv danışıqlar aparmaq, ticarət markasına necə reytinq qazandırmaq kimi mövzularda praktiki məsləhətlər verir.

Donald Trumpun bundan sonrakı illərdə ard-arda yazdığı daşınmaz əmlak bazarında yatırımların sirri, milyarder olmaq üçün hansı metodları istifadə etməli və s. mövzularda kitabları yazarı ABŞ oxucuları arasında məşhurlaşdırır. ABŞ iş dünyasında məşhur olan “Siz qovuldunuz!!!” frazası da məzh Trumpun kitablarından çıxmış bir ifadədir.

Buna da bax: Trump-ın Arnold Schwarzenegger-ə hücumu

Donald Trump son kitablarında isə artıq biznes, liderlik və investisiya kimi mövzularda danışmağı bir kənara qoyub ciddi siyasi şərhlərə başlayır. Doğrudur onun siyasətdən ətraflı bəhs edən ilk kitabı 2000-lərdə çıxan “Layiq olduğumuz Amerika”dır. Ancaq kitabda Trump olduqca emosional və populist fikirlərə yol verir. Məsəlçün, kitabın bir yerində o yazır ki, “Şimali Koreyaya qarşı cərrahi müdaxilə edib dünyanı bu şişdən xilas etmək lazımdır. Çünki, bu hərəkət Çin, İran, İraq və Liviya kimi “mənfəət birliyi” olan ölkələrə xəbərdarlıq olar”. Həmin kitabda Trump Əl-Qaidə ilə birlikdə İran, İraq, Liviya kimi ölkələrin dünya üçün böyük təhlükə olduğundan bəhs edir. Kitabda həmçinin İranın təhlükəli nüvə sənayesindən də bəhs olunur.

Donald Trumpın siyasi baxışlarını açıqladığı ən məşhur kitablarından biri.
Donald Trumpın siyasi baxışlarını açıqladığı ən məşhur kitablarından biri.

Trumpun sonuncu “Amerikanı yenidən bir nömrə etmək zamanı gəldi” kitabında isə müəllif siyasətlə ciddi maraqlandığını göstərir o kitabını başdan başa İŞİD, İran və Çinə həsr edir, həmçinin Rusiya lideri Vladimir Putinin Suriyada ABŞ-ı oyundan kənar vəziyyətdə buraxıb vəziyyətə nəzarət etməsini də ABŞ siyasətinin zəifliyi kimi tənqid edir.

Müəllif düşünür ki, ABŞ-ın dünya liderliyi siması böyük zərər görüb, o bu problemi dünyanın ən böyük ordusunu quran və buna böyük pullar xərcləyən ölkənin ordusundan ABŞ-ın bütün müttəfiqlərinə yardım edilməli olduğunu vurğulayır. Suriya və İraqdakı neft rezervlərinin böyük hissəsinin İŞİD-in əlinə keçməsinə qarşı hərbi müdaxilənin mütləq olduğunu düşünən Donald Trump, “Amerika bu işi indiyə kimi çoxdan həll edib qurtarmalıydı” – deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG