Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 04:14

Türkiyə parlamenti Konstitusiyaya daha 3 dəyişikliyi təsdiqləyib


Türkiyə parlamentində dava

Türkiyə Böyük Millət Məclisinin üzvləri Konstitusiyaya daha 3 dəyişikliyə razılıq veriblər. Bunlar parlamentin nəzarətçi rolunu, prezidentin siyasi partiya üzvlüyünə imkan verilməsini və onun səlahiyyətlərinin artırılmasını nəzərə tutan dəyişikliklərdir.

Konstitusiyaya düzəlişləri prezident Recep Tayyip Erdoğan-ın Ədalət və İnkişaf Partiyası (AKP) təklif edib.

Ən böyük müxalifət partiyası olan CHP və kürdlərin HDP-si dəyişikliklərə etiraz edir, onların Türkiyəni avtoritarizmə sürükləyəcəyini deyirlər.

Ümumilikdə AKP Konstitusiyaya 18 düzəliş etmək istəyir. Parlamentin 10-u və 11-də keçirilən iclaslarda da təkliflərdən 4-ü təsdiqlənib.

Türkiyə Konstitusiyasına dəyişikliklərin qəbul edilməsindən ötrü 550 yerlik parlamentdə azı 330 səs tələb olunur. Hakim AKP-nin parlamentdə 316 deputatı var.

AKP üzvlərindən biri yanvarın 12-də deyib ki, parlament dəyişiklikləri qəbul etməsə, partiya erkən parlament seçkiləri keçirməyi planlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG