Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:56

Rusiya və Çin ABŞ-ın cavabını verəcəklərini deyirlər


Şimali Koreya ilə sərhəddə «Patriot» raketləri.

ABŞ-ın Cənubi Koreyada raketdən müdafiə sistemi yerləşdirmək planı Rusiyayla Çini narahat edib və onlar bu plana cavab addımı atacaqlarına söz veriblər.

Çinin dövlət agentliyi «Xinxua» yazır ki, Rusiya da, Çin rəhbərliyi də ölkələrinin təhlükəsizliyinin və regionda balansın qorunması yönündə ölçü götürəcəklər.

Ötən ilin mayında ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn təhlükəni önləməkdən ötrü anti-raket sistemlərinin quraşdırılması haqda danışıqlara başlayıblar. Bu danışıqlardan sonra Rusiyayla Çin raket əleyhinə birgə təlimlər keçiblər. Bu il də təlim keçirmək niyyətindədirlər.

Moskva da, Pekin də ABŞ-ın raket əleyhinə sistemlərini Cənubi Koreyada yerləşdirməklə regionda gərginliyi artıracağını deyir. Onları narahat edən həm də sistemlərin radarlarının gücüdür, hər iki ölkə sistemlərin onların təhlükəsizliyinə xələl gətirə biləcəyindən narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG