Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:13

Salman Rushdie: "Yaratdığım obrazlara canlı varlıqar kimi yanaşıram"


Yazıçı Salman Rushdie
Yazıçı Salman Rushdie

Dünya şöhrətli yazıçı Salman Rushdie-nin yeni kitabı "İki il, səkkiz ay və iyirmi səkkiz gecə" bir il öncə nəşr olunub. Kitab nağır, pritsa, əsatir stilində yazılıb və yaxın gələcəyin tarixindən bəhs edir. Yazıçı son kitabı haqda "colta.ru" saytına müsahibə verib. Oxu Zalı müsahibəni ixtisarla təqdim edir.

- Siz “yazıçı” və “hekayəçi” anlayışlarını bir-birindən ayıranda həm də bir ciddi sualın - Yazıçının ictimai məsuliyyəti varmı? - başsındırmasına cavab tapmış olurusnuz. “Hekayəçi” öz əhvalatını danışmaqla işini bitmiş hesab edir və əlbəttə ki, bununla gözləntilərdən yaxasını kənara çəkir.

- Bəli bu doğru və həssas bölgüdür. Əlbəttə ki, yazıçının kiməsə borcu olduğunu iddia etmirəm. Onun öz əhvalatını nəql etməkdən və öz əsərlərinə görə cavabdehlik daşımaqdan başqa heç nəyə görə cavabdeh deyil. Yazıçının daxilində onun ən mühüm iş aləti kimi hekayəçinin yatdığını deyə də bilərik, ancaq bir görək bu onun yeganə özünüifadə alətidirmi? Mənim mövqem belədir, bəli nağılçılıq yazıçı işinin mühüm aspektidir, bircə bu var ki, o yeganə deyil. Yazıçı qarşısında xeyli başqa vəzifələr də dayanır, uyğun formanı tapmaq, dilə fikir vermək, mövzunu itiləmək, simvolikanın qeydinə qalmaq, leytmotivi unutmamaq və s, bütün bunlar hamısı birgə “hekayəçi” alətini yaradır.

Buna da bax: Ülvi Babasoy: "Yaqutlu başmaqlar auksionunda” - Salman Rushdie-ni anlamaq

- Son romanınızın dili əvvəlki kitablarınızdakından nəzərə çarpacaq dərəcədə fərqlənir, bu cür fərqliliyə ehtiyac hardan doğdu.

- Hər kitabın öz səsi, öz emosiya və obrazlar lüğəti mövcuddur. Məsəlçün “Florensiya sehirbazı” romanım müəyyən tarixi dövrə aid sürətlərinin oxuya biləcəyi barokko stilindən bilərəkdən istifadə olunub. “Şalimar məzhəkəçisi”ndə isə başqa səs, daha qaramat və kəskin, yenə də aid olduğu aləmlə səsləşən bir dil qarşımıza çıxır. “İki il” kitabım isə xalq nağılları və tarixin parodiyası, psevdotarix araya girərək süjetlə həmhəng olur.

Salman Rushdie məşhur "Şeytan ayələri" kitabı ilə.
Salman Rushdie məşhur "Şeytan ayələri" kitabı ilə.

- Düşünürsünüzmü ki, surətlər də mətnin dili və nəqletmə kimi bir alət ola bilər? Bəzən sizin surətlərə münasibətiniz, şəxsi reaksiyanız çox aydın hiss olunur.

- Fikrimcə müəllif yaratdığı “yaxşı”, həm də “pis” surətləri sevməsə, oxucu da onlara barmaqarası baxacaq. Yaratdığım obrazlara canlı varlıqlar kimi yanaşıram, çalışıram məndən nə gözlədiklərini duyum. Yaradıcılıq müəllifin tiranlığından deyil, bu cür surətləriylə iç-içəlikdən doğur. Çalışıram mətndə amiranəliyimi qısıtlayım, surətlərə meydan verim. Bəhs etdiyim surətlər teoretik yox, öz talelərinin hökmü ilə tamamilə təbii şəkildə yaranıb boy atırar. Sujetə dalıb getməyi, analizlərə deyil instinktimə uymağı üstün tuturam.

- Əvvəlki kitablarınızda “hakimi-mütləqlər”in – həqiqi və xəyali prezidentlərin, diktatorların, peyğəmbərlərin səsi qulaq batırır. “İki il”də isə siyasət bir küncə çəkilib, önəmsiz bir kölgəyə dönüb.

- Bütün romanları adı dillər əzbəri siyasi xadimlərə həsr etmək mütləq deyil!

Ədəbiyyatın gücünə heç vədə şübhə duymadım, ancaq ucundan tutub ucuzluğa da getmək istəmirəm. Lakin bu da var ki, indi bizimçün düşünmək sənəti hava, su kimi önəmlidir: gərək azad fəzada yaşayıb işlədiyini duya biləsən, - ancaq bu yolla özün öz ağan olduğunu dərk edə bilirsən.

- “İki il...” gələcəyə elə uzaqdan baxır ki, adam gələcəyin varlığına belə şübhə duymağa başlayır.

- Bu haqda nə deyim bilmirəm. “Stiven Dedalus deyir ki, - tarix oyanmağa çalışdığım bir dəhşətdir”

Buna da bax: “Şeytan ayələri”nin müəllifindən yeni roman

- Bu dəqiqə Nyu-yorkda oturub, yaxın illərdə, yeni prezidentin hakimiyyəti ərəfəsində başımıza gələcəklərə görə də qorxu keçirirəm.

- İstəməzdim bu romanım müasir distopiya kimi qəbul olunsun. İndi hamı distopiya yazır, hətta yeniyetmələr üçün yazılan kitablarda da buna tez-tez rast gəlinir. Bax buna görə hamımız üçün daha güvənli bir dünya təsəvvür edib yazmağa çalışıram, ancaq əlbəttə ki, axmaq optimizmdən də qaçıram. Onu da qeyd edim ki, ağrılarla dolu gələcək bizdən çox uzaqdadır. Bu haqda kitabımda daim yada salınır. Hətta yaxşı gələcək belə problemlərsiz ötüşməyəcək.

Salman Rushdie "Şeytan ayələri" kitabına görə ölümü haqda fətva veriləndən sonra Britaniyada polislərin əhatəsində.
Salman Rushdie "Şeytan ayələri" kitabına görə ölümü haqda fətva veriləndən sonra Britaniyada polislərin əhatəsində.

- Maraqlıdır, Stephen King deyir ki, “Ev heyvanları məzarlığı”nı bitirdikdən sonra bir müddəy onu yayımlamaq istəməyib. Maraqlıdır, sizin də yazdıqlarınızda nəyisə dəyişdirmək ya da ictimailəşdirməmək kimi bir arzunuz olubmu?

- Xeyr, mən heç vaxt içimdəki hansısa fikri boğmaq ya da susmağa çalışmamışam.

Buna da bax: Salman Rushdie «İslam Dövləti» yaraqlılarına qarşı​

- Bəs “Şeytan ayələri”ni bitirərkən necə bir hiss keçirdiyinizi xatırlayırsınızmı?

- Xeyr, bu o qədər keçmişdə olub ki, indi heç yadımda da gəlmir. Mən çevrilib keçmişə baxmağı sevmirəm. İrəli baxıram və növbəti kitabımı hazırlayıram.

- Bəs oxucu kimi tolerant yanaşa bilmədiyiniz bir şey varmı?

- Ancaq pis yazılmış kitab.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG