Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Rusiyanın 'düşməni' Kanadanın naziri oldu


Chrystia Freeland

Kanadanın baş naziri Justin Trudeau Moskvanın qara siyahısına düşmüş şəxsi--Chrystia Freeland-ı xarici işlər naziri vəzifəsinə təyin edib. Vaxtilə Rusiyada yaşayan və iqtisadçı-jurnalist kimi fəaliyyət göstərən C.Freeland əslən Ukraynadandır. Rusiya prezidenti Vladimir Putin-in kəskin tənqidçisi kimi tanınır. 2014-cü ildən Moskva onun Rusiyaya girişinə qadağa qoyub.

Kanadanın baş naziri J.Trudeau jurnalistlərin C.Freeland-in təyinatının ölkə siyasətinə təsiriylə bağlı suallarına cavab verməyib.

C.Freeland isə nazir kimi Rusiyaya səfər etmək imkanının olub-olmayacağı barədə suallara «Bu sual Moskvaya ünvanlanmalıdır» deyə cavab verib. O, hökumətin siyasətiylə razılaşdığını, bütün ölkələrlə, o cümlədən Rusiyayla münasibət yaratmağın tərəfdarı olduğunu söyləyib.

Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq olunandan sonra Kanada bəzi Rusiya rəsmilərini qara siyahıya salmış, buna cavab olaraq Moskva da Kanadaya sanksiyalar qoymuşdu. C.Freeland-ın da adı siyahıda idi və Twitter səhifəsində o, bununla fəxr etdiyini yazmışdı. 2015-ci ildə isə «Quartz» jurnalı C.Freeland-ın «Mənim Ukraynam və Putin-in böyük yalanı» məqaləsini dərc edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG